HƏMAS girov saxladığı ABŞ-nin iki vətəndaşını azad edib

21-10-2023, 08:54           
HƏMAS girov saxladığı ABŞ-nin iki vətəndaşını azad edib
Fələstinin “HƏMAS” hərəkatı bildirib ki, onun silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.

Bu barədə hərəkatın teleqram kanalında yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır.

İsrail ordusunun məlumatına görə, “HƏMAS” Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru