Amerikanın “United Airlines” şirkətinin təyyarələrində nöqsanlar aşkarlandı - FOTO

10-01-2024, 12:44           
Amerikanın “United Airlines” şirkətinin təyyarələrində nöqsanlar aşkarlandı - FOTO
Amerikanın “United Airlines” şirkətinin işçiləri istismarda olan “Boeing 737 MAX” təyyarələrinin qapılarında yaxşı bərkidilməmiş boltlar olduğunu aşkar ediblər.

Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ilkin yoxlama nəticəsində qapıların quraşdırılması zamanı problemlər qeydə alınıb.

“Məsələn, boltlar aşkar etdik ki, onların yenidən bərkidilməsinə ehtiyac var”, - deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-də Portlenddən Ontarioya səfər edən sərnişin təyyarəsinin gövdəsinin bir parçası uçuş zamanı qapı ilə birlikdə qopub. Nəticədə 5 min metrə yaxın hündürlükdə olan Alyaska Hava Yollarına məxsus təyyarədə sərnişin oturacaqlarının yanında böyük dəlik əmələ gəlib.




Mənbə: MK.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.