Sübhaninin İrəvandakı missiyası başa çatır: - Həmişə ermənilərin dostu olacağam
Bu gün, 00:09
Ermənistanın təhsil naziri Janna Andreasyan İranın ölkəsindəki səfiri Mehdi Sübhanini qəbul edib.
Teleqraf xəbər verir ki, nazir İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinə toxunaraq, imzalanmış bir sıra sənədlərin iki ölkə arasında mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafına və yeni proqramların həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
Andreasyan İran-Ermənistan əlaqələrini gücləndirmək üçün yeni imkanların olduğunu qeyd edib.
Görüş zamanı bildirilib ki, sentyabrın 6-da İranda Ermənistan Milli Filarmoniya Orkestrinin yaradılmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Mehdi Sübhani isə sentyabrda Ermənistandakı missiyasını başa vuracağını açıqlayıb:
“Mən erməni xalqının dostu olmuşam və belə də qalacağam. Ermənistanı xoş xatirələrlə tərk edəcəyəm”.
Səfir mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlığa görə nazirə minnətdarlığını bildirib.