Yanvarın 3-də Kirman şəhərində Qasım Süleymaninin anım günündə baş verən partlayışlarla bağlı daha 7 nəfər həbs edilib.
Bu barədə Tehran prokuroru Əli Salehi məlumat verib.
O, həbs edilənlərin kimliyini açıqlamadan onların tanınmış şəxslər olduqlarını və barələrində cinayət işinin açıldığını deyib.
Salehi saxlanılan şəxslərin Kirmandakı partlayışlardan sonra kiber məkanda yalan məlumatlar yaydıqlarını və hökumətə qarşı təbliğat apardıqlarına görə həbs edildiklərini bildirib.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.