Sabiq prezidentə 34 il həbs cəzası istənilib

13-01-2024, 00:19           
Sabiq prezidentə 34 il həbs cəzası istənilib
Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib. “Report” xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, - məlumatda deyilir.

Xatırladaq ki, sabiq prezident 2022-ci il dekabrın 7-də dövlət çevrilişi etməkdə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.