Ekvadorda girov saxlanılan bütün həbsxana əməkdaşları azad edilib

14-01-2024, 17:13           
Ekvadorda girov saxlanılan bütün həbsxana əməkdaşları azad edilib
Ekvador hakimiyyəti qanunsuz silahlı dəstə üzvləri tərəfindən girov götürülən bütün həbsxana işçilərinin azad edilməsini təmin edib.

Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Cəzaçəkmə Xidməti və milli polisin birgə işi bir neçə təcridxanada saxlanılan bütün təhlükəsizlik və penitensiar nəzarət əməkdaşlarının, eləcə də inzibati işçilərin azad edilməsinə nail olmağa imkan verib”, - “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yerləşdirilən rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Ekvador həbsxanalarında azı 139 əməkdaşın silahlı dəstə üzvləri tərəfindən girov götürüldüyü barədə məlumatlar yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.