“Tesla” ilin əvvəlindən 94 milyard dollar itirdi 15-01-2024, 10:04 İlin əvvəlindən bəri “Tesla” bazar dəyərini 94 milyard dollar itirib. Bizim.Media “rbc.ru” saytına istinadən xəbər verir ki, bu da şirkətin birjaya çıxmasından bəri ən pis göstəricidir.Mənbə yazır ki, səbəb kimi Çindən gələn rəqabətin artması və avtomobillərə tələbatın azalması göstərilir.Xatırladaq ki, 2023-cü ildə “Tesla” kapitallaşmasını iki dəfə artırıb. Buna baxmayaraq o, öz lider mövqeyini Çin istehsalçılarına təhvil verib. Belə ki, BYD 2023-cü ildə 3 milyon, “Tesla” isə 1,84 milyon avtomobil satıb. Facebook-da paylaş