Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu imiş - TƏFƏRRÜAT - FOTO

15-01-2024, 08:38           
Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu imiş - TƏFƏRRÜAT -  FOTO
Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Unikal”ın məlumatına görə, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir.

Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

14.01.24 01:16
Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Etibar Bəxtiyar oğlu Fətəliyev bıçaqlanmış vəziyyətdə üç saylı Təcili Tibbi Yardım Stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

E.Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.

Faktı Səbail Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları araşdırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.