Husilər Yəmən sahillərində ABŞ-a məxsus yük gəmisini vurub

16-01-2024, 00:06           
Husilər Yəmən sahillərində ABŞ-a məxsus yük gəmisini vurub
Husilər Yəmən sahillərində ABŞ-a məxsus, Marşal adalarının bayrağı altında üzən yük gəmisini vurub.

APA “Al-Jazeera”ya istinadən xəbər verir ki, raket zərbəsi gəminin anbarında yanğına səbəb olsa da, yük gəmisinin yararlı olaraq qaldığı qeyd olunub.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Husilərə yaxın hərbi mənbə “Al-Jazeera”ya bildirib ki, gəmi ona yönəlmiş xəbərdarlıqları rədd etdikdən sonra hədəf alınıb.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisinin (UKMTO) saytında verilən məlumata görə, gəmiyə zərbə havadan endirilib.

"Hələlik hadisə ilə bağlı digər təfərrüatları yoxdur, araşdırma aparılır. UKMTO gəmilərə ərazidə hərəkət edərkən diqqətli olmağı və şübhəli hal olarsa, UKMTO-ya bildirməyi tövsiyə edir", - məlumatda qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.