Atası qəfil vəfat edən iki yaşlı uşaq aclıqdan ölüb
18-01-2024, 12:54
İngiltərədə iki yaşlı uşaq atası evdə gözlənilmədən öldükdən sonra aclıqdan ölüb. Uşağın meyiti ölən kişinin yanında tapılıb.
32gun.az bildirir ki, bu faciə ilə bağlı ölkənin "Daily Star" qəzeti məlumat yayəb.
İlkin məlumatlara görə, uşağın atası infarkt keçirib və nəticədə onun ölümünə səbəb olub. Bildirilir ki, kişi sonuncu dəfə Böyük Britaniyada dekabrın 26-da qeyd olunan Boks Günündə görüntülənib. Yanvarın 2-də sosial işçilər evlərinin qapısının zəngini basanda heç kim cavab verməyib. Bundan iki gün sonra onlar bir daha ailəyə baş çəkiblər və yenə eyni nəticə ilə - qapının döyülməsinə cavab verən olmayıb. Və cəmi beş gün sonra dəhşətli həqiqət üzə çıxıb - evdə kişi və onun kiçik oğlunun cəsədləri tapılıb.