İllər sonra etiraf: Lotereya uduşu qadının evliliyini məhv etdi

18-01-2024, 13:09           
İllər sonra etiraf:
Böyük Britaniya sakini lotereyada 148 milyon funt sterlinq qazandıqdan sonra qohumları ilə mübahisə edib və ərindən boşanıb.

32gun.az bildirir ki, bu barədə “Sun” qəzeti yazır.

Qadının sözlərinə görə, əldə edilən sərvət onun ailə üzvlərini “tələbkar və acgöz” edib.

Bu bardə illər sonra danışılıb.

Belə ki, britaniyalı Gillian Bayford 2012-ci ildə lotereyada böyük məbləğdə pul udub. Ancaq inanılmaz qələbə onun evliliyini çox tez məhv edib - bu hadisədən cəmi 15 ay sonra qadın əri Adrian Bayforddan boşanıb.

Tezliklə Gillianın valideynləri və qardaşı ilə münasibətləri pisləşib, o, qazandığı pulu onlarla bölüşüb və borclarını ödəməyə kömək edib. Qadın atasının dəfələrlə biznesdəki payını tələb etməyə çalışdığını deyib.
Gillianın sözlərinə görə, əldə edilən sərvət onun qohumlarını “tələbkar və acgöz” edib. Ona kin bəsləyərək onunla ünsiyyəti kəsiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.