Rusiyada məktəblinin başından 12 santimetrlik şiş çıxarıldı - VİDEO

18-01-2024, 17:34           
Rusiyada məktəblinin başından 12 santimetrlik şiş çıxarıldı - VİDEO
Rusiyada həkimlər 12 yaşlı Mişanın başından içində qurdun sürfələri olan 12 santimetrlik şiş çıxarıblar.

Qeyd olunur ki, son vaxtlar yeniyetmə məktəbdə pis oxumağa başlayıb və dərsdən sonra evə gələn kimi dərhal yatmağa gedib.

Bir müddət sonra Mişa axsamağa başlayıb, qolunu hərəkət etdirməkdə çətinlik çəkib və baş ağrılarından əziyyət çəkib. Bundan sonra valideynləri onu həkimə aparıblar və MRT zamanı həkimlər sağ yarımkürənin böyük hissəsini tutan böyük bir törəmə aşkar ediblər.

“Uşaq baş ağrılarından əziyyət çəkirdi, onun sifətində əyilmə, əzalarda zəiflik müşahidə edilirdi. Onun MRT görüntülərinə baxanda çox təəccübləndim. Beynində exinokokkoz aşkar edilidi”, - deyə rusiyalı neyrocərrah German Safronov xatırlayıb.

Mişanın başında hələ qurda çevrilməmiş parazit sürfələri olub. Onlara çirkli əllər vasitəsilə yoluxmaq mümkündür. Ancaq belə bir insan başqaları üçün təhlükəli deyil, sürfələr insanlar arasında ötürülmür.

Parazit sürfələri saysız-hesabsız kistlərdə yaşayıb. Bu düyünün həcmi təxminən 12 sm olub.
“Görünüşcə törəmə nəhəng böyürtkən və ya moruğa bənzəyir”, - deyə cərrah izah edib.

Həkim bu xəstəliyin müalicəsinin çox çətin olduğunu vurğulayıb. Bu parazit hər kəsdə aşkar edilə bilər.

Ancaq Mişanın bəxti gətirib və indi o, özünü yaxşı hiss edir. Qarşıda onu reabilitasiya gözləyir.
kp.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.