Qazaxda 13 yaşlı qız qızılcadan ölüb

19-01-2024, 07:17           
Qazaxda 13 yaşlı qız qızılcadan ölüb
Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.

Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.

Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.

Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir

Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.