900 min dollarlıq sənət əsərləri zirzəmidən tapıldı
19-01-2024, 12:08
Dünya şöhrətli rəssamlar Pablo Pikasso və Mark Şaqallın oğurlanmış əsərləri Belçikada keçirilən əməliyyat vasitəsilə tapılıb .
Antverpen polisinin bu barədə açıqlamasında, 2010-cu ildə oğurlanmış Pikassonun "Tête" və Şaqallın "L'homme en prière" rəsmlərinin ələ keçirildiyi bildirilib. 900 min dollar qiyməti olan rəsm əsərləri Təl-Əvivdə yaşayan bir sənət kolleksiyaçısının arxivindən oğurlanmışdı.
Polis bir neçə ay əvvəl Belçika vətəndaşının onlarla əlaqə saxladığını və şübhəlinin rəsmləri satmağa çalışdığını, buna görə də qrupların oğrunun arxasınca getdiyini bildirib. Antverpendə keçirilən reyd zamanı rəsmlərin zədələnmədən binanın zirzəmisində saxlanıldığı müəyyənləşib.
Prokurorluqdan verilən açıqlamada oğrunun rəsmləri oğurladığını etiraf etdiyi bildirilsə də, cinayətkarın kimliyi açıqlanmayıb. Saxlanılan şəxs illərdir rəsmləri harada saxladığı barədə də məlumat verməkdən imtina edib.
İsraildə baş verən həmin oğurluq hadisəsi zamanı 680 min dollar dəyərində olan zinət əşyaları da oğurlanıb. Ancaq polis orqanından onların yerini tapmaq mümkün olmadığını bildirilib. \\Valyuta.az