ABŞ-nin Filadelfiya ştatından havaya qalxan “American Airlines” aviaşirkətinə məxsus Embraer E145 model təyyarəsi təxminən 1 saat gecikmə ilə Nyu York hava limanına enib.
Gununsesi.info xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Aviaşirkətin sözçüsü bildirib ki, bölgədə qarlı hava şəraiti səbəbindən uçuş-enmə zolağında hərəkət edən təyyarə eniş zolağından kənarda qarla örtülmüş torpaq sahəsinə sürüşüb.
Qeyd edib ki, təyyarəyə təcili yardım qrupları cəlb olunub və 53 nəfər təxliyə edilib.