Lukaşenko ayağından xəsarət alıb 21-01-2024, 00:09 Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.Bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib."Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub. Facebook-da paylaş