Azərbaycanlı həkim ABŞ-də vəfat etdi - İtkin düşmüşdü
21-01-2024, 09:14
Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-nin Mayami şəhərində qəfildən vəfat edib. TEREF “Qafqazinfo”nun məlumatına görə, onun daha öncə itkin düşdüyü bildirilir. Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş. Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək.