İranda hərbi hissədə atışma baş verib, ölənlər var 22-01-2024, 10:07 İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.Bu baradə İran mediası məlumat yayıb.Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib.Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib. Facebook-da paylaş