İngiltərədə ata televiziyada canlı yayım zamanı oğlunun ölümünü gördü
22-01-2024, 15:23
İngiltərədə Mayk Barnettin atası oğlunun ölümünü xəbərlərdə canlı yayım zamanı görüb. Onun donaraq öldüyü məlum olub.
Qeyd olunub ki, Barnett leysan zamanı suyun müəssisəyə daxil olmasının qarşısını almaq üçün işlədiyi balıq dükanına getməyə məcbur olub. Barnett yeriyərkən ayaqlarına nəyinsə yapışdığını hiss edib. Güclü axın nəticəsində o, metal hasara sıxılıb qalıb.
Zərərçəkmişi mağaza sahibi, 76 yaşlı Ceffri Klekston görüb və dərhal köməyə gəlib. O, Maykın atasına zəng edib. Ata hadisə yerinə gələndə polislər ona oğlunu görməyə icazə verməyiblər və o, evə gedib.
Evə gəldikdən sonra Maykın atası televizora baxmağa başlayıb və xəbərlərdə oğlunun başına gələnləri canlı yayımda izləyib. Cəmi bir neçə dəqiqədən sonra ata oğlunun öldüyünü görüb. Bir qədər sonra hüquq-mühafizə orqanları Barnettin ölümünə hipotermiyanın (donma) səbəb olduğunu bildiriblər.