Bu ölkədə DƏHŞƏT: yeni aldıqları evdə dondurucuda insan başı tapdılar
22-01-2024, 11:38
ABŞ-ın Kolorado ştatında dəhşət yaşanıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" yazır .
Qrand Junctiondan olan bir ailə 12 yanvar tarixində yeni aldıqları evdə əvvəlki ev sahiblərindən qalan lazımsız əşyaları satmaq üçün əmlakı təmizləyiblər. Bunlardan biri də evin həyətində dayanan dondurucu olub.
"Onlar onu qablaşdırmaq üçün təmizləyiblər və içərisində qara çanta görüblər. Çantanı açıblar, oradan insan başı düşüb", – ailənin qonşusu deyir.
Ətrafdakı evlərin sakinləri də evdə yaşlı qadının oğlunun yaşadığını bildiriblər. Onlar binanın satışı ilə bağlı sövdələşmənin bağlandığı gün köçüblər.
Polis araşdırmaya başlayıb və hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Yerli şerif ofisi ərazidəki digər sakinlər üçün təhlükə olmadığını bildirib.