Gürcüstanın paytaxtı Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub.
"Cebhe.info" “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb şəhər sakini Marina Xatiaşvilinin krediti ödəmədiyi üçün ailəsi ilə birlikdə zorla evdən çıxarılması olub.
Polis bir neçə vətəndaşı saxlayıb. Onların arasında ölkənin tanınmış yazıçısı və fəalı İrakli Kakabadze da var.
Daxili İşlər Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.