Baş redaktora 6 il 6 ay həbs verildi...

25-01-2024, 16:24           
Baş redaktora 6 il 6 ay həbs verildi...
Bu gün 25.01.2024-cü il tarixdə jurnalist Rzayev Osman Nərimanoğlunun Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə istintaqı sona yetmişdir. Vəkillərə və Osmana son söz verildi, jurnalist özünü təqsirli hesab etmədiyini bildirdi və haqqı olan bəraət hökmünü tələb etdi.
İttihamçı prokuror Müşviq Rəhimov Nərimanoğluna 8 il həbs istədi. Hakimlərin müşavirəsindən sonra hökm elan edildi.
Osman Rzayevə 6 il 6 ay həbs elan edildi. Əlbəttə ki, Osman bu qərarla razılaşmadı,bunu qanunsuz,ədalətsiz qərar hesab etdi. Sifarişli həbsin qanunsuz hökmünə etiraz olaraq, qərardan Gəncə Apellasiya Məhkəməsinə şikayət veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.