Aİ və Belarus sərhədində 27 qaçqının öldüyü qeydə alınıb
26-01-2024, 16:14
“2023-cü ildə 27 nəfər Aİ təhlükəsizlik qüvvələrinin Belarus sərhədində qaçqınlara qarşı vəhşi rəftarının qurbanı olub”.
Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
“Son bir il ərzində Polşa, Litva və Latviya sərhədçiləri tərəfindən edilən pis rəftar nəticəsində Belarus sərhədində həlak olan qaçqınların sayı 27-yə çatıb”, - deyə o bildirib. Volfoviç həmçinin Polşa və Baltikyanı ölkələrin miqrantların Belarus ərazisinə köçürülməsi təcrübəsini də xatırladıb.