Azərbaycanlı dəstə başçısının ailəsini qeydiyyata alan polislərə cinayət işi AÇILDI

27-01-2024, 00:02           
Azərbaycanlı dəstə başçısının ailəsini qeydiyyata alan polislərə cinayət işi AÇILDI
Rusiyanın Belqorod şəhərində insanlara hücum edən dəstə başçısının ailəsini qanunsuz olaraq Rusiya pasportu ilə təmin edən polis əməkdaşlarına qarşı səhlənkarlığa görə cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, dəstə başçısının ailəsi 2011-ci ildə Ukraynadan Belqorod vilayətinə köçüb. 2022-ci ilin yazında ailə Daxili İşlər Nazirliyinin Dzerjinski rayonu üzrə şöbəsinə Kaluqa vilayətinin Prudkovo kəndində müvəqqəti qeydiyyat ünvanı göstərilməklə Rusiya vətəndaşlığı üçün sənədlər təqdim edilib. Ailənin orada yaşamadığı, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bunu yoxlamalı olduğu qeyd edilir.

Hazırda onların pasportlarının verildiyi şöbə yoxlanılır. Məsuliyyətə cəlb olunan polis əməkdaşlarını cərimə, üç aya qədər həbs və ya bir aya qədər islah işləri gözləyir.

Qeyd edək ki, yanvarın 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları Belqorod küçələrində yoldan keçənlərə hücum edən və onların hərəkətlərini lentə alan qrupun 5 üzvünü saxlayıblar.

Məlum olub ki, Belqorodda yeniyetmə dəstəsi peyda olub və izdiham içində yoldan keçənlərə hücum edib, onları döyüb, videogörüntülərdə alçaldıb. İstintaq onların milli nifrət motivləri ilə hərəkət etdiyini irəli sürüb. Dəstənin başçısı saxlanılıb, onun cəmi 17 yaşı var, Azərbaycan vətəndaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.