Braziliyanın Minas-Jerays ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.
Bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.
“Bazar günü Minas-Jerays ştatının İtapeva şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var", - xidmətin saytında yerləşdirilən xəbərdə deyilir.
Xilasedicilər 5 nəfərin öldüyünü təsdiqləyiblər, daha iki nəfər, o cümlədən iki yaşlı uşaq itkin düşüb. Axtarış əməliyyatı davam etdirilir. Yerli sakinlər hadisə yerinə gələn xilasedicilərə bildiriblər ki, qəza zamanı güclü yağış yağıb və təyyarə naməlum səbəbdən qəzaya uğramazdan əvvəl havada parçalanıb.