Yanvarın 30-na keçən gecə Qırğızıstan və Çin sərhədində 4 zəlzələ baş verib.
Bu barədə məlumatı ölkənin Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu yayıb.
4,5 maqnitudalı ilk yeraltı təkan yanvarın 30-u Bakı vaxtı ilə 01:03-də qeydə alınıb. Bunun ardınca daha 3 zəlzələ baş verib. Ən güclü zəlzələnin maqnitudası 5,9 olub.