Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib

31-01-2024, 13:14           
Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib
Hindistanın Kerala ştatında məhkəmə üç il əvvəl törədilən qətlə görə 15 nəfəri ölüm cəzasına məhkum edib.

Qeyd olunur ki, 2021-ci ildə bir qrup şəxs qabaqcadan əlbir olaraq “BJP OBC Morcha” partiyasının yerli şöbəsinin katibi Ranjit Srinivasanın evinə soxularaq onu anası, həyat yoldaşı və qızının gözü qarşısında öldürüblər. Hücum edənlərin qadağan olunmuş Hindistan Xalq Cəbhəsi qrupunun və onun siyasi qolu olan Hindistan Sosial Demokrat Partiyasının üzvləri olduğu üzə çıxıb. Daha sonra onların hamısı saxlanılıblar.

İttiham tərəfi onlara maksimum cəza istəyib.
Qeyd edək ki, Hindistanda ölüm cəzası ölkənin Cinayət Məcəlləsinə görə, qətl, terrorizmlə əlaqəli cinayətlər, zorlama, adam oğurluğu, narkotik ticarəti və casusluq üçün tətbiq edilir. Hazırda Hindistanda ölüm hökmündə olan 480-dən çox məhbus var. Sonuncu dəfə ölüm hökmü 2020-ci ilin martında icra olunub.

Mənbə: hindustantimes.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.