ABŞ-yə məxsus “F-16” Cənubi Koreyada qəzaya uğradı
31-01-2024, 11:52
ABŞ-yə məxsus “F-16” qırıcı təyyarəsi Sarı dənizdə qəzaya uğrayıb.
Hadisə yerli vaxtla təxminən saat 08:40-da (Bakı vaxtı ilə 03:40) baş verib. Pilot katapultdan istifadə etməyə imkan tapıb və sağ qalıb.
Məlumata görə, təyyarə Seuldan (Cənubi Koreya) 178 km cənubda yerləşən Kunsan aviabazasından havaya qalxdıqdan sonra dənizə düşüb. Xatırladaq ki, dekabrın 11-də də “F-16” təlim zamanı Sarı dənizdə qəzaya uğrayıb. Həmin vaxt da pilot katapultdan yararlana bilmişdi.