Maşını qanunsuz saxladı, onu cərimələyən polisə "irad tutdu" - FOTOFAKT

1-02-2024, 07:24           
Maşını qanunsuz saxladı, onu cərimələyən polisə "irad tutdu" - FOTOFAKT
Bu gün Sevinc Hüseynova adlı sosial media istifadəçisi öz hesabında polis əməkdaşının ona qanunsuz cərimə yazdığı iddia edilən görüntülər paylaşıb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Kazım Kazımzadə küçəsində baş verib.

Belə ki, vətəndaş "Ford" markalı şəxsi avtomobilini qanunsuz olaraq piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlayıb.

Daha sonra polis əməkdaşları ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə yazıb. Vətəndaş isə sosial medianın qazandırdığı imkanlardan istifadə edərək cərimə yazanları "ifşa etməyə" cəhd edib və video da özünün qanunsuz olaraq səkidə maşın saxladığını etiraf edib. O, bu əməli digər şəxslərin də həmin ərazidə maşın saxladığını əsas gətirərək törətdiyini iddia edib.

Fotodan da göründüyü kimi avtomobilin dayandığı ərazi səkidir və maşın burada insanların hərəkətinə mane olur. Sürücü qanunsuz əməl törətdiyini bildiyi halda paylaşdığı videoda özünə haqq qazandırmağa cəhd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.