ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib

1-02-2024, 09:33           
ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.

“Report” xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Belə ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.

Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.