Simonyanın qardaşı arvadı həbs edildi - Şok səbəb

1-02-2024, 11:29           
Simonyanın qardaşı arvadı həbs edildi -
Bir müddət əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlena Simonyanın həyat yoldaşı Ani Gevorqyanın həbs olunduğu barədə məlumat yayılmışdı.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri Gevorqyanın nədə ittiham olunduğunu öyrənib.

Nəşr yazır ki, o, uzun illər dünyanın ən məşhur təşkilatlarından birində - “Synergy”də işləyib və proqram meneceri olub. Təxminən il yarım əvvəl isə “Synergy” Ermənistan İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. Orada 4 şirkət yer alıb, lakin tender ləğv edilib və “Synergy” qalib gəlməyib.

Məlumata görə, ibtidai istintaq orqanının Ani Gevorqyana qarşı irəli sürdüyü ittihamların əsasını məhz bu yerinə yetirilməmiş tenderlər təşkil edib. “Hraparak”-ın əldə etdiyi məlumata görə, həbs olunan digər qadınlara – Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryana və nazirliyin şöbə müdirinə qarşı ifadə almaq üçün Gevorqyanı saxlamağa çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.