Ər arvadı oğurladılar - 845 min dollar kriptovalyuta görə

2-02-2024, 00:12           
Ər arvadı oğurladılar -
Puket adasında naməlum şəxslər rusiyalı cütlüyü qaçıraraq, başqasının hesabına 845 min dollar kriptovalyuta köçürməyə məcbur ediblər.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli “Bangkok Post” nəşri məlumat yayıb .
Ailə ötən çərşənbə axşamı oğurlanıb.
Onları zorla qara rəngli “Hundai” markalı furqona mindirərək naməlum istiqamətə aparıblar.

Ruslar daha sonra sərbəst buraxılaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Polis 4 şübhəlini müəyyən edib - onların da Rusiya vətəndaşları olduğu üzə çıxıb. Dindirilmə zamanı onlar ölkədə turist olduqlarını, qaçırılan şəxsləri şəxsən tanımadıqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.