Çində eyni vaxtda iki növ quş qripinə yoluxan qadın ölüb
2-02-2024, 16:24
Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və H3N2 növlərinə yoluxub.
Qadının iki ölümcül ştamlara yoluxduqdan sonra dünyasını dəyişdiyi vurğulanır. Çin Xalq Respublikasının rəsmiləri tarixdə ilk belə hadisəni təsdiqləyiblər.
Xəstəliyin növlərarası infeksiya nəticəsində ortaya çıxdığı və qadının artıq öskürək, boğaz ağrısı, qızdırma və bir çox digər simptomlara səbəb olan sağlamlıq problemləri olduğu qeyd olunur.
Bununla belə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli İdarəsi insandan insana yoluxma riskinin “aşağı” olduğunu bildirir. Bəzi məlumatlara görə, H10N5 ştammı indiyə qədər insanlara yoluxmamışdı.
Mütəxəssislər qadının xəstəliyə yoluxmuş quşlardan yoluxduğu qənaətindədirlər, lakin bu hələ rəsmi olaraq təsdiqlənməyib.