Çelyabinsk vilayətinin Plast şəhərində qadın onun mənzilində axtarış aparan istintaq komitəsinin əməkdaşını döyüb.
Bu barədə ura.ru agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bəlli olub ki, İstintaq Komitəsinin əməkdaşı qadının mənzilində axtarış aparıb. Qadın isə bir anda ona hücum edib və döyməyə başlayıb. O, müstəntiqin bədəninə bir neçə zərbə endirib. Xoşbəxtlikdən müstəntiq ciddi xəsarət almayıb.
Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə( “Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək”) cinayət işi açılıb.
Agentliyin məlumatına görə, qadının 63 yaşı var. O, mühasib işləyir. Onun hansı səbəbdən müstəntiqi döymək qərarına gəldiyi bəlli deyil.