3500-lük meymun “ordu”su Tayland şəhərini ələ keçirdi
4-02-2024, 15:54
3500 uzunquyruqlu meymundan ibarət “ordu” Taylandın Lopburi şəhərini ələ keçirərək, onun iqtisadiyyatı və sakinləri üçün təhlükə yaradıb.
Heyvanlar məşhur yerli məbəddə toplaşaraq turistlər üçün cəlbedici olsalar da, onların aqressiv davranışları indi səyahətçiləri qorxudur və yerli sakinlər üçün problemlər yaradır.
Turistlərin sayının azalması və xarici investorların, xüsusən də çinlilərin ölkəni tərk etməsi xəyal şəhərə çevrilə biləcək Lopburidə kommersiya böhranına gətirib çıxarıb. Lopburi Ticarət Palatasının səlahiyyətliləri meymunlardan qorunma qanununu nəzərdən keçirməyə çağırırlar. Mövcud tədbirlər, o cümlədən sterilizasiya kampaniyası onların sayını əhəmiyyətli dərəcədə azalda bilməyib.