Kabilin cənubunda əfqan müqavimətinin üzvləri Talibana hücum edib
4-02-2024, 18:59
Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri paytaxt Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər.
Bu barədə cəbhənin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilib.
“Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib <...> nəticədə iki taliban üzvü öldürülüb, daha ikisi yaralanıb”, - paylaşımda qeyd olunub.
Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.