Rusiyada qalmaqal - OMON DİN-in polkovnikini güllələdi
5-02-2024, 14:21
Rusiya Qvardiyasının əməkdaşları Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı Albert Atmurzayevin olduğu avtomobili atəşə tutublar. Nəticədə o ölüb. AzVision.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, yüksək rütbəli polis məmuru gizlənməyə çalışırmış.
Mənbələrin kanala verdiyi məlumata görə, insident fevralın 4-ü axşam saatlarında baş verib. OMON-Axmat-ın əməkdaşları Qroznıdakı Axmat Arena ərazisində “Mitsubishi Pajero” markalı avtomobili saxlamaq istəyiblər. Sürücü sürəti azaltmaq əvəzinə artırıb və iki xəbərdarlıq atəşindən sonra Milli Qvardiyanın hərbçiləri avtomobilə atəş açıblar.
Atmurzayev başından yaralanıb. O, Qroznı şəhərinin mərkəzi rayon xəstəxanasına yerləşdirilsə də, həkimlər polkovniki xilas edə bilməyiblər.
Albert Atmurzaev Daxili İşlər Nazirliyinin orqan və bölmələrinin müvəqqəti əməliyyat qrupunun şəxsi heyətlə iş şöbəsinin rəisi vəzifəsində çalışıb.