Kanadanın milli polis “X”də (keçmiş tviter) baş nazir Castin Trüdonu hədələyən şəxsi saxlayıb.
Bu barədə "Global News" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, saxlanılan Monrealın 30 yaşlı sakini Pol Klarissodur. Ona artıq ittiham irəli sürülüb. Həmin şəxsi yaxın vaxtlarda məhkəmə gözləyir. Ona hansı cəza veriləcəyi məlum deyil.
Polis Trüdonun təhlükəsizliyinə təhdidlərin ciddi şəkildə yayılmasını nəzərə alaraq, Klarissonu araşdırma apardıqdan sonra saxlanılıb. Söhbətin hansı təhdidlərdən getdiyi açıqlanmır.