Rusiyada bir gündə beş zəlzələ baş verdi

8-02-2024, 10:37           
Rusiyada bir gündə beş zəlzələ baş verdi
Son 24 saat ərzində Kamçatka sahillərində maqnitudası 3,6-5 bal arasında dəyişən beş zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

3,6 və 3,7 bal gücündə təkanlar Kamçatkanın şərq sahillərində Petropavlovka-Kamçatskidən 148 və 142 kilometr aralıda qeydə alınıb.

Kamçatka ərazisindəki Komandir adaları yaxınlığında daha üç zəlzələ baş verib. Onların maqnitudası 4,6 ilə 5,0 arasında dəyişib. Zəlzələnin baş verdiyi yerdən ən yaxın məskunlaşan əraziyə qədər olan məsafə 35-50 kilometrdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.