7 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada öldü

8-02-2024, 12:48           
7 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada öldü
Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.

Rayonun Bığır kənd sakini, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib. Buna baxmayaraq azyaşlı fevralın 7-də həmin xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.