Bərdə rayon məhkəməsinin hakimi Elsun Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. TEREF xəbər verir ki, bu barədə Gununsesi.info-ya özəl mənbələrdən daxil olan məlumatda deyilir. Məlumata görə, məhkəmə hakimi rüşvət almaqda günahlandırılır. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyi çıxarılacağı gözlənilir.