Çelyabinsk vilayətində kişi qadını meşəyə sürükləyib zorlamaqda təqsirli bilinib.
32gun.az bildirir ki, bu barədə Ura.ru xəbər verib.
Məlumata görə, əvvəllər altı dəfə məhkum olunmuş 47 yaşlı kareliyalı kişi ötən il fevralın 26-da Zlatoustda 55 yaşlı qadının başına zərbələr endirib.
Sonra isə onu meşəyə sürüyərək, hədələyib və ona təcavüz edib. Həmin gün o, sərxoş halda başqa bir rus qadının telefonunu oğurlayıb.
Cinayətkar Kirov rayonunda gizlənməyə çalışsa da, o, tapılıb. İstintaq zamanı oğurluq və zorlama faktlarını müəyyən etmək mümkün olub, məhkəmə həmin şəxsi cəzasını ciddi rejimli koloniyada çəkmək üçün on il müddətinə azadlıqdan məhrum edib.