4 yaşlı nəvəsini xilas etmək istəyən nənə faciəvi şəkildə öldü
9-02-2024, 11:34
Kadıköyün ən sıx məhəllələrindən biri olan Bahariye küçəsində axşam saatlarında dəhşətli hadisə baş verib.
32gun.az Türkiyı KİV-nə istinadən bildirir ki, relsin üzərinə tullanan 4 yaşlı nəvəsini son anda xilas edən İlgün Çölege (64) tramvaya çırpılaraq ağır yaralanıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan bədbəxt qadın həyatını itirib.
Uşağın nənəsi İlgün Çölege nəvəsini xilas etmək istəyərkən onu tramvay vurması nəticəsində ağır yaralanıb. Xəbər verildikdən sonra əraziyə polis, xilasetmə və sağlamlıq qrupları göndərilib.
Xilasetmə briqadası və vətəndaşlar tərəfindən tramvayın altından çıxarılaraq təcili yardımla xəstəxanaya aparılan Çölege edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib.