Baltik dənizindəki qəzada dənizə yüzlərlə litr neft tökülüb -Fotolar
9-02-2024, 16:54
Litvanın Butinge bölgəsində, yanacaq terminalında baş verən qəza nəticəsində təxminən 300 litr neft Baltik dənizinə tökülüb.
Qeyd olunub ki, dənizdəki neft ləkəsi Latviya sahillərinə çatıb.
Terminal Polşanın “Orlen Lietuva” konserninə məxsusdur.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, tankerə neft vurulan zaman burazlama kabeli qırılıb. Nəticədə neft vuran şlanq düşüb və yanacaq dənizə tökülüb.
Litva Hərbi Dəniz Qüvvələri çirklənmənin dərəcəsini qiymətləndirmək üçün Hərbi Hava Qüvvələrinə məxsus ehtiyat “AS365N3+ Dauphin” helikopterini işə cəlb edib. Bundan əlavə, dəniz qüvvələrinin “Şakiay” axtarış-xilasetmə gəmisi təmizləmə işləri aparmaq üçün hadisə yerinə göndərilib.
Buting terminalından cənubda yerləşən neft ləkəsinin uzunluğu iki kilometr, eni isə 0,5 kilometr təşkil edir. Çirklənmənin aradan qaldırılması işləri hündür dalğalar səbəbindən çətinləşir və neft ləkələri dreyf edir.