Rusiyada kişi yeməyini xarab edən sərçələr barədə polisə şikayət edib
9-02-2024, 13:15
Rusiyada Serpuxov şəhərinin sakini Murmansk hava limanında sərçələrin hücumuna məruz qaldıqdan sonra, vəziyyətə görə kimin günahkar olduğunu müəyyən edə bilməyi üçün polis bölməsində quşlara qarşı şikayət ərizəsi yazıb.
Qeyd olunub ki, Murmanska gələn şəxs hava limanının içərisindəki kafeyə gedib. Orada quşlar onun yeməyini əlindən almağa çalışıblar və yeməyini məhv ediblər. Müəssisəyə gələn qonaq işçilərə kafedə sərçələrin olmasından şikayətlənib, lakin ona sərçələrin “yerli uşaqlar” olduğunu və heç kimin onları qovmayacağını bildiriblər.
Nəticədə Moskva vilayətinin sakini ərizə yazmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib. Mənbə: “Mash” “Telegram” kanalı