Yanağını dişləyən ayıdan intiqamını belə aldı – FOTOLAR

11-02-2024, 09:44           
Yanağını dişləyən ayıdan intiqamını belə aldı – FOTOLAR
İsveçdə yaşayan kişi ötən il ov edərkən ayı hücumuna məruz qalıb. Ayı 42 yaşlı Pär Sundströmə hücum edib və onun yanağını dişləyərək yeyib.

İsveçli bu hadisəyə görə çox qeyri-adi qisas alıb.

Ayı populyasiyasının sıxlığını nəzərə alsaq, İsveç Avropanın aparıcı ölkələrindən biridir. O qədər ki, isveçlilər tez-tez meşəlik ərazilərdə ayı hücumlarına məruz qalırlar. Təbii ki, ölkədə ayı ovunun da buna böyük təsiri var.

Növbəti hekayə isveçlilər üçün adi və gündəlik həyat hadisəsi kimi görünə bilər, lakin bizim üçün belə deyil. İsveçdə yaşayan bir kişi ona hücum edərək, yanağını yeyən ayıdan görünməmiş qisas alıb.

İsveçdə yaşayan 42 yaşlı Pär Sundström 2023-cü ilin avqustunda oğlu ilə getdiyi meşədə ayının hücumuna məruz qalıb. Ayı Sundström və oğluna hücum edib, kişinin üzünün bir hissəsini dişləyib. Şanssız kişi bir neçə dəfə əməliyyat masasına uzanıb və bədənindən alınan hissələrlə yanağını rekonstruksiya ediblər.

Adama şanssız deyirik, amma əslində ayı da o qədər də şanslı deyil. Yanağını dişləyən ayıdan qisas almaq üçün 42 yaşlı kişi əvvəlcə onu ovlayaraq kəsib və soyuducunu ayı əti ilə doldurub.

Sundström ayı ətindən dolma, kabab, qulyaş kimi müxtəlif yeməklər hazırlayıb. “Aftonbladet” qəzetinə danışan kişi qisas aldığını bu sözlərlə açıqlayıb:

“Üzümü bu hala salan ayı ətindən taki yemək yaxşı qisas idi”.

Qeyd edək ki, İsveçdə ümumilikdə təxminən 2800 ayı olduğu təxmin edilir və onların ovlanması qanunidir. Sosial media istifadəçiləri də bu məsələyə özünəməxsus şəkildə şərhlər veriblər. Ən çox bəyənmə toplayan şərh isə, bir istifadəçinin:

“Ayıdan nə fərqin oldu ki?”-deyə sual ünvanladığı şərh olub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.