Heyvanlara nifrət edən naməlum şəxs inək sürüsünü yeminə və suyuna mazut qataraq zəhərləyib
14-02-2024, 08:54
Almaniyada qəribə gadisə baş varib.
Belə ki, inəkləri mazutla zəhərləməyə çalışan heyvana nifrət edən şəxsi axtarır. 32gun.az xıbər verirnki, bu barədə "Bild" nəşri xəbər yayıb.
Nəşr qeyd edib ki, sürü Saksoniyanın sərhəd bölgəsində, 4 min nəfər əhalisi olan Krauschwitz kommunası yaxınlığında otarılırmış. Ötən gün yerli fermanın sahibi heyvanları yoxlamaq qərarına gəlib və bir inəyin öldüyünü görüb. Digər səkkizinin vəziyyəti ağır olub. Fermer dərhal hadisə yerinə baytar və polis çağırıb.
“Heyvanların zəhərləndiyi tez məlum oldu. Yemək və suyun qeyri-adi qoxusu var idi. Ola bilsin ki, naməlum şəxslər ona mazut qatıblar”, - deyə polis nümayəndəsi bildirib.
Cinayətkarların motivləri hələlik məlum deyil. İstintaqı Cinayət Axtarış İdarəsi aparır.