Sağlam bir həyat sürmək üçün müntəzəm olaraq faydalı qidalar istehlak etmək son dərəcə əhəmiyyətlidir. Hər gün tərkibindəki zəngin maddələr sayəsində sağlamlıq üçün son dərəcə faydalı olan kivi yesəniz, öz bədəninizə çox fayda vermiş olarsınız.Yeni araşdırmalar nəticəsində dörd gün ərzində hər gün bir kivi qəbulunun insanın pis əhval-ruhiyyədən çıxmasına kömək etdiyi məlum olub. Bundan başqa kivinin tərkibində olan C vitamini orqanizmin sağlam işləməsini təmin edir. C vitamini ilə zəngin olan kivi insanın dəri sağlamlığını qoruyur. Kivi antioksidant baxımından güclü olan və bütün toksinləri bədəndən çıxarmağa kömək edən bir meyvədir.