Fransanın şimalındakı Pa-de-Kale departamentinin Benifonten kommunasında bıçaqla silahlanmış şəxs polisə hücum edib, onlardan biri xəstəxanaya yerləşdirilib.
Referans.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Telekanala görə, hücum yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) baş verib. Yaralı polis əməkdaşının həmkarları odlu silahdan istifadə edərək şübhəli şəxsi yaralayıb. Bildirilib ki, yaralı polis və hücum edən şəxs xəstəxanaya çatdırılıb, onların həyati təhlükəsi yoxdur.
Şübhəli şəxsin şizofreniya xəstəliyindən əziyyət çəkdiyi deyilir. Milli Polisin Baş Müfəttişi (IGPN) hadisəni araşdırır.