Ukrayna dronları Rusiyanın Kursk vilayətində neft bazasını vurub 15-02-2024, 09:58 Rusiyanın Kursk vilayətinə Ukrayna dronları ilə hücum olub.APA xəbər verir ki, bu barədəc regionun rəhbəri Roman Starovoyt özünün "Telegram" kanalında məlumat verib.Hücumu nəticəsində Kursk vilayətində neft bazası ərazisində yanğın baş verib."Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, tələfat yoxdur", - o bildirib.Qubernator bütün xüsusi xidmət orqanlarının yerində işlədiyini bildirib. Facebook-da paylaş